Main menu:
"Unudulmaz faciə- 31 Mart Soyqırımı"
"Novruz gəlir, yaz gəlir"
" 1 Mart Mülki Müdafiə günüdür"
" Bu qan qalmayacaq yerdə, Xocalı"
" Xocalısız 25 il ..."
" Doğum günün mübarək, şəhidim! "
" Bölmə iclasları "
"Şəhidlər Xiyabanı"nın ziyarəti I B sinfi ilə
"Qan yaddaşımız"
"Qanlı və şanlı səhifə"
"Yeni il yeni arzular"
"Elektron Təhsil Respublika müsabiqəsi 2016"
"Mənalı ömrün izi ilə"
"Ümummilli lider Heydər Əliyevin anım günü"
"Narkomaniyaya yox deyək"
"Bilik yarışı"
"1 Dekabr QİÇS-lə mübarizə günüdür"
"Reproduktiv sağlamlıq" la bağlı
maarifləndirici tədbir
01 dekabr 2016-cı ildə liseyimiozdə reproduktiv sağlamlıqla bağlı maarifləndirici tədbir keçirildi. Tədbirdə diretor müavinləri, liseyin psixoloqu, tibb bacısı və VI, VII, VIII, IX siniflərin qızları iştirak edirdi. Psixoloq Pərvanə müəllimə və biologiya müəllimi Vüsalə müəllimə reproduktiv sağlamlıqla bağlı məlumat verdi. Eyni zamanda liseyin Qızlar şurasının sədrləri də seçildi. Qızlar şurasının üzvlərinin vəzifələri, onların iş planları lə bağlı məlumat verildi.
"Ölkəmizi tanıyaq" maarifləndirici tur aksiya
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə başlanan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları müvəffəqiyyətlə davam edir. Rayonumuzun məktəbliləri də artıq bu aksiyanın iştirakçılarıdırlar. Lənkəran - Masallı marşrutu üzrə ekskursiyaya çıxan rayon məktəblilərinin içərisində liseyimizin X sinif şagirdləri İsmayılova Diyana və Şirinova Səyalı da vardı. Bu layihədə iştirak edən rayonumuzun komandası keçirilən yarışlarda fəal iştirak edib, II yeri qazanıblar. Belə bir tur aksiyanın təşkili üçün şagirdlərimiz Cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıq teleqramı göndəriblər.
"Azərbaycan - Tolerantlıq nümunəsidir"
16 noyabr 2016-cı ildə liseyimizdə Zaqatala RİH-nin, Zaqatala rayon TŞ-nin və Bilik fondunun Zaqatala Nümayəndəliyinin birgə təşəbbüsü ilə 16 noyabr
"Beynəlxalq Tolerantlıq günü" ilə bağlı tədbir keçirildi. Tədbirdə iştirak edən qonaqlar Azərbaycanın Tolerantlığa nümunə olan ən birinci ölkələrdən biri olması haqqında çıxışlar etdilər. Tolerantlıq və mulitikulturalizm anlayışları haqqında məlumat verdilər. Ölkə başçısının sözlərindən sitatlar gətirdilər. Tədbirin sonunda "Tolerantlıq yurdu Azərbaycan" adlı filmin nümayişi oldu.
"Bizim hüquq və vəzifələrimiz nədir?"
15 noyabr 2016-cı ildə "20 oktyabr-20 noyabr Uşaq Hüquqları aylığı" çərçivəsində liseyimizdə "Bizim hüquq və vəzifələrimiz nədir? " mövzusunda tədbir keçirilib. Hüquq olmayan yerdə yaşamaq, su olmayan yerdə yaşamaq qədər çətin və əzablıdır. Hüququnu bilməmək və kiməsə hüququnu tapdalatmaq isə artıq həmin insanın öz səhvidir. Belə halların baş verməməsi üçün biz çalışırıq ki, şagirdlərə öz hüquqlarının nə olduğunu öyrədək. Keçirilən tədbirdə şagirdlər maraqlı fikilər söylədilər. Sevindirici haldırki, onlar öz hüquqlarını necə qoruyacaqlarını və bu istiqamətdə nə etməli olduqlarını bilirlər.
"Hərəyə bir ağac əkək..."
14 noyabr 2016-cı ildə I B sinif şagirdləri ilə birlikdə liseyin həyətində ağac əkdik. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəyə bir ağac əkək" layihəsinə liseyimizdə də əməl olunur. Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır. Belə silsilə tədbirlər liseyimizdə vaxtaşırı keçirilir.
"Bayraq günü, Konstitusiya günü və Milli Dirçəliş günü" ilə bağlı iməcilik
11 noyabr 2016-cı ildə "Bayraq günü, Konstitusiya günü və Milli Dirçəliş günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən liseyimizdə iməcilik təşkil olundu. Şagirdlərlə birlikdə məktəbyanı ərazidə təmizlik və abadlıq işləri aparıldı. Şagirdlər liseyin ərazisinə atılmış zibilləri, ağaclardan tökülmüş yarpaqları, xəzəlləri yiğaraq ətrafın təmizlənməsinə səbəb oldular. Liseyimizdə bu qəbildən olan tədbirlər vaxtaşırı təşkil olunur.
"Mənim bayrağım, mənim kimliyim"
(Açıq dərs)
11 noyabr 2016-cı ildə ""Bayraq günü", "Konstitusiya günü" və "Milli Dirçəliş günü"" münasibətilə hazırlanmış tədbirlər planına əsasən II B sinfi ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində "Mənim bayrağım, mənim kimliyim" adlı açıq dərs keçirildi. II B sinif rəhbəri Ramazanova Sevinc müəllimə noyabr ayında keçirilən bayramlarımız haqqında məlumat verdi. Şagirdlərin hazırladıqları şeir kompozisiyaları, rəqslər, mahnılar dərsə öz gözəlliyini qatdı. Tədbirdə iştirak edən Zaqatala rayon TŞ-nin müdiri Habil müəllim və rayonumuzda olan TN-nin nümayəndəsi şagirdləri təbrik etdi və onlara ilk növbədə əsl azərbaycanlı kimi yetişməyi və dərslərini yaxşı oxumalarını arzuladı.
"Bayraq günü, Konstitusiya günü və Dirçəliş günü" ilə bağlı idman yarışı
10 noyabr 2016-cı ildə liseyimizdə "Bayraq günü, Konstitusiya günü və Dirçəliş günü" ilə bağlı VII siniflər arasında 60 metr uzunluğa qaçış yarış təşkil edildi. Yarış tədbirlər planına əsasən təşkil olunmuşdu. Yarışda 60 metr uzunluğa ən sürətli qaçan sinfin şagirdləri qalib hesab olundular. Bu yarışmada qalib komanda VII A sinfi oldu. Qalib olan sinfə Tərifnamə verildi.
"Müstəqil Azərbaycan, 25"
18 Oktyabr 2016-cı ildə liseyimizin kitabxanasında 18 Oktyabr "Müstəqillik günü" ilə bağlı "Müstəqil Azərbaycan,25" adlı tədbir keçirildi. Tədbiri kitabxananın müdiri Könül müəllimə açdı. Tədbirdə liseyin tarix müəllimi Şəmsi müəllimə Azərbaycanımızın keçdiyi müstəqillik yolu haqqında danışdı. 3-cü sinif şagirdlərinin hazırladıqları şeir kompozisiyaları maraqla dinləndi.
"Müstəqilliyin əbədi olsun, Azərbaycan"
17 oktyabr 2016-cı il tarixində liseyimizdə Cənab Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən Müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş "Müstəqilliyin əbədi olsun, Azərbaycan" adlı geniş tədbir keçirildi. Tədbirdə liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər. Tədbirdə liseyimizin tarix müəllimi Vüqar müəllim müstəqillik yolumuz haqqında və bu yolda Heydər Əliyevin rolundan danışdı. Liseyin şagirdlərinin ifasında şeir kompozisiyaları, rəqslər və mahnılar tədbirə xüsusi gözəllik qatdı. Tədbirin sonunda ulu öndər Heydər Əliyevə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı filmə tamaşa edildi.
"Müstəqilliyin mübarək Azərbaycan"
"Ümid sənədir ancaq Azərbaycan əsgəri"
"Bilik Fondu" tədbiri
15 sentyabr 2016-cı il tarixində adına liseyimizdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti tədbiri keçirilmişdir. Tədbiri Zaqatala rayonu üzrə Bilik Fondunun nümayəndəsi liseyimizin direktoru Kəmalə Əhmədova təşkil etmişdilər. Tədbirdə Bilik fondunun nümayəndəsi “Azərbaycanda Heydər Əliyev siyasəti ” mövzusunda mühazirə oxumuşdur. Mühazirədə liseyin yuxarı sinif şagirdləri, rayonumuzun müxtəlif məktəblərindən olan müəllimlər və valideynlər iştirak etmişdilər.