- Zərifə Əliyeva adına Lisey

Go to content

Main menu:

 
 
 
 
 
 
 
 
 "Heç kim unudulmur, heç nə yaddan çıxmır"
 17 yanvar 2020-ci ildə liseydə 20 Yanvar hadisəsinin 30-cu ildönümü ilə bağlı "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı tədir keçirildi. Tədbiri liseyin müəllimi Fərqanə m və VI A sinif şagirdləri təşkil etmişdi. Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutu ilə başlandı. Daha sonra şagirdlərin ifasında şeir kompozisiyaları dinlənildi.
   Siz bizim üçün ölsəz də, 
   Bizim üçün siz yaşayırsız. 
   Allah bütün şəhidlərimizə rəhmət eləsin.


 
 
 
 
 "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"
 31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. 
   Biz də lisey kollektivi olaraq xalqımızı Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik.


 
 
 
 
 "Möcüzələr dünyası kimya"
 16 dekabrda liseyimizin kimya kabinetində  "Gənc kimyaçılar" dərnəyinin üzvləri  "Möcüzələr dünyası kimya" adlı tədbir nümayiş etdilər. Tədbirin təşkilatçısı məktəbin kimya müəllimi Həmidə müəllimə idi. Şagirdlər böyük həvəs və maraqla kimya fənnindən öyrəndikləri təcrübələri nümayiş etdirdilər. Sonra Həmidə müəllimə çıxış edərək şagirdlərin kimya fənninə olan maraq və istəyindən danışdı.  Biz də "Gənc kimyaçılar"a  uğurlar arzulayırıq.


 
 
 
 
 "Ədəbiyyat biliciləri"
 13 dekabrda liseyimizdə ümumtəhsil müəssisələrində “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirildi.  Məktəb mərhələsində Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanan, müxtəlif əsərləri mütaliə edən şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırır, təəssüratlarını qeyd edirlər. Məktəb mərhələsinin nəticələrinə əsasən, hər məktəbdən ən çoxu 3 şagird seçilərək müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.
 
 
 
 
 "Ömrünü xalqına həsr edən dahi"
 12 dekabrda liseyimizdə ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi. Tədbiri liseyin 7 B sinif şagirdləri və təşkilatçı Elvira m təşkil etmişdilər. Tədbirdə şagirdlər ulu öndərə həsr edilmiş şeir kompozisiyaları söylədilər. Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı məlumatlar verdilər. 
 Ulu öndərin xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik. 
 
 
 
 
 "Valideyn-müəllim əməkdaşlığının məktəbin nüfuzunda rolu"
 6 dekabrda liseyimizdə "Valideyn-müəllim əməkdaşlığının məktəbin nüfuzunda rolu" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə liseyin psixoloqu, direktor müavinləri, müəllimlər, valideyn və şagirdlər iştirak edirdi.  “Məktəb üçbucağı” anlayışı pedaqoji ədəbiyyatda və mətbuatda həmişə çox işlənən ifadələrdəndir: məktəb, ailə və cəmiyyət. Bu üçbucağın bütün tərəfləri güclü olanda məktəb həyatı saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır.!
 
 
 
 
 " Milli iftixarımız, Şanlı bayrağımız"

 9 Noyabr Azərbaycan Bayrağı Günü ilə bağlı Zaqatala rayon Heydər Əliyev Mərkəzinin önündə təntənəli görüş keçirilmişdir. Görüşdə Zaqatala RİHB-sı cənab Mübariz Əhmədzadənin təşəbbüsü ilə yürüş təşkil edilmişdir. Qala düzündən başlayan yürüş Bayraq meydanında başa çatıb. Yürüşə minlərlə rayon sakini qatılıb.
Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!
 
 
 
 
 " Üçrəngli bayrağımız qürur mənbəyimizdir"

 7 noyabrda liseyimizdə "9 Noyabr Bayraq günü" ilə bağlı tədbir keçirildi. Tədbirdə liseyimizin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirdə bayrağımızın yaranması haqqında məlumat verildi. Video çarx izlənildi. Şagirdlərin ifasında səslənən mahnılar, şeir kompozisiyaları tədbirə öz rəngarəngliyini qatdı.
 
 
 
 
 Narkomaniya - yoluxucu xəstəliklər mənbəyidir "

 25 oktyabrda liseyimizdə Narkomaniya aylığı çərçivəsində
 " Narkomaniya - yoluxucu xəstəliklər mənbəyidir " adlı tədbir keçirildi. Tədbirdə Zaqatala rayon Polis şöbəsinin Narkomaniya ilə mübarizə şöbəsinin əməkdaşları iştirak ediblər. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, biologiya müəllimi Gülnar müəllimə, liseyin psixoloqu Pərvanə m iştirak etmişlər. Tədbirdə narkotik vasitələrin insan həyatına təsirləri, bu yolda mübarizə tədbirləri ilə bağlı fikirlər söyləndi. Sonda qonaqlar şagirdlərin hazırladıqları sərgiyə baxdılar.
 
 
 
 
 Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları "

 24 oktyabrda liseyimizdə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon şöbəsinin əməkdaşlarının təlimi keçirildi.  FHN-in canlı qüvvə və müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlimdə məqsəd məktəb kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub. Orta məktəblərdə keçirilə təlimlərdə əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
 
 
 
 
 " Dövlət Bayrağı Günü ilə bağlı idman yarışı "
(VII siniflər arası)
 23 oktyabrda liseyimizdə Azərbaycanın Dövlət Bayrağı  Günü ilə bağlı idman yarışı təşkil edildi. VII siniflər arasında keçirilən yarışda şagirdlərimiz həvəslə yarışdılar. İdman yarışının qalibi VII B sinif şagirdləri oldular. Şagirdlərimizi təbrik edirik.
 
 
 
 
 " Müstəqillik Günü ilə bağlı idman yarışı "
(VI siniflər arası)
 14 oktyabrda liseyimizdə Azərbaycanın Müstəqillik günü ilə bağlı idman yarışı təşkil edildi. VI siniflər arasında keçirilən yarışda şagirdlərimiz həvəslə yarışdılar. İdman yarışının qalibi VI B sinif şagirdləri oldular. Şagirdlərimizi təbrik edirik.
 
 
 
 
 " Beynəlxalq Müəllimlər Günü "
 Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. Biz də liseyin kollektivi başda olmaqla, bütün müəllimlərimizi peşə bayramları münasibətilə təbrik edirik

 
 
 
 
 " Beynəlxalq Sülh günü "
 21 sentyabr - tarixdə bu gün  "Beynəlxaq Sülh günü" kimi qeyd edilir. Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Təəssüflər olsun ki, hər zaman sülh göyərçini timsalında olan xalqımızın qucaq açıb qoynunda bəslədiyi yad millətlər ona düşmən çıxıb. Azərbaycan ancaq və ancaq sülh tərəfində olduğu üçün qan tökülməsini istəmir. Arzulayır ki, sülh yolu ilə öz torpaqlarına, əsirlikdə əzab çəkən əzizlərinə qovuşsun. Arzu edirik ki, “Sülh göyərçini” Azərbaycan sülh yolu ilə öz Qarabağına və digər torpaqlarına qovuşsun! 

 
 
 
 
 " Milli Musiqi Günü "
 18 sentyabr Milli Musiqi günüdür. Bu gün dahi Üzeyir Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir. Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur. Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar ömrünün, təqribən 45 ilini bu işə həsr etmişdir. 
 
 
 
 
 " Bilik günü "
  15 sentyabr - respublikamızın bütün ümumtəhsil məktəblərində "Bilik günü" kimi qeyd edilir. Bu tədris ilində   "Bilik günü" 16 sentyabr tarixinə təsadüf etdi. Tədbirimizdə Zaqatala rayon  Təhsil şöbəsinin nümayəndəsi Aydın müəllim, müəllimlər, şagirdlər, valideynlər iştirak edirdilər. Tədbirdə ən çox sevinc və həyəcan keçirən sözsüz ki, bu il liseyə təzə qədəm qoyan birincilər oldu. Onların təbrik sözləri, şeirləri tədbirə öz gözəlliyini qatdı. Bilik günü münasibətilə bir daha bütün məktəbliləri və müəllimləri təbrik edirik.
 
 
 
 
 
Axtar
Рейтинг@Mail.ru
Back to content | Back to main menu