- Zərifə Əliyeva adına Lisey

Go to content

Main menu:

 
 
 
 
 
 
 

"Ümumdünya Mülki Müdafiə günü"  

    27 fevral 2015-ci il tarixində liseyimizdə "Ümümdünya Mülki Müdafiə" günü ilə bağlı tədbir keçirildi. Tədbirdə rayonun bir çox nümayəndələri, liseyin müəllim və şagird kollektivi iştirak edirdi. Əvvəlcə qonaqlar akt zalında "MM Qüvvələri" ilə bağlı hazırlanmış videoya baxdılar. Daha sonra isə həyəcan siqnalı ilə şagirdlər evakuasiya edildilər. Liseyimizin şagirdləri bu tədbirdə  fəal iştirak etdilər. Biz əminliklə deyə bilərik ki, liseyimizin şagirdləri təbii fəlakət zamanı ilkin tibbi yardım, yanğının söndürülməsi, xilas etmə kimi əməliyyatları asanlıqla göstərə biləcəklər.

 
 
 
 

"Xocalı qan yaddaşımız"

    26 fevral 2015-ci il tarixində liseyimizin ibtidai sinif muəllimi Logmanova Sevinc 1-ci "A" sinif şaqirdləri ilə birlikdə Zaqatala rayonunda yerləşən "Xocalı soyqırımı" abıdə kompleksi qarşısında "Xocalı Qan yaddaşımız" adlı açıq dərs keçirdi. Sevinc müəllimə Xocalı faciəsi haqqında məlumat verdi təbdir şagirdlərin kompazisiyaları ilə davam etdi. Sonda isə şagirdlər tərəfindən  abidə kompleksinə qərənfillər qoyuldu.

 
 
 
 

"Xocalı faciəsindən 23 il ötür"  

    24 fevral  2015-ci il tarixində liseyimizdə "Xocalı faciəsinin 23-cü il dönümü" ilə bağlı  tədbir keçirildi. Tədbirdə liseyin direktoru Kəmalə Əhmədova, Təşkilatçı, Psixoloq, GÇH, tarix müəllimi Vüqar İsrafilov,  yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbirdə faciə zamanı şəhid olmuş insanların ruhu 1 dəqiqəlik sükütla yad edildi. Tədbirdə liseyin tarix müəllimi bu faciə haqqında məlumat verdi. Şagirdlərin ifasında kompozisiya maraqla qarşılandı. Tədbir Xocalı abidəsinin önünə qərənfillərin qoyulması ilə başa çatdı.

 
 
 
 

"Narkomaniya - əsrin bəlasıdır"

    24 fevral  2015-ci il tarixində liseyimizdə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirildi. Tədbirdə Zaqatala RPŞ-nın Əməliyyat işi üzrə rəis müavini, polkovnik-leytenantı Niyazi Məmmədov, Dini qurumlarla iş üzrə Dövlət Komotəsinin Şimal-Qərb şöbəsinin müdiri Mehman İsmayılov, liseyin direktoru Kəmalə Əhmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbirin keçirilməsində məqsəd gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması, erkən nigahların, İslam dininə zidd olan bir sıra qurumlara ggənclərin cəlb olunmasının qarşısının alınmasına yönəlmişdi. Qonaqlar bu mövzular ətrafında geniş məruzələrlə çıxış etdilər.

 
 
 
 

"Liseydə təlim"

    13 fevral  2015-ci il tarixində liseyimizdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) Şəki Regional Mərkəzinin    tədbiri keçirildi. Tədbirdə mərkəzin rəhbəri Pərviz Məmmədov, liseyin direktoru Kəmalə Əhmədova, müəllimlər və liseyin 3-10-cu sinif şagirdləri iştirak edirdi. Bildirildi ki,    mərkəzin nümayəndələri və  liseyin üç müəllimi- Ş.Ramidə, Ə.Könül, R.Şəmsi tərəfindən şagirdlərə onların hüquq və vəzifələri haqqında ətraflı məlumat veriləcək. Dərslər 2 ay, ayda 4 dəfə olmaqla aparılacaq.

 
 
 
 

"Liseydə təlim"  

    7-8 fevral  2015-ci il tarixində liseyimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə "İctimai Təşəbbüslərin Dəstəklənməsi" layihəsi çərçivəsində "Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tətbiqinin region müəllimlərinə  öyrədilməsi" təlimi keçirildi. Veb 3 texnologiyalarının tətdris prosesində tətbiqi günün tələbidir. Bu keçirilən təlim nəticəsində inanırıq ki, rayonumuzun müəllimləri bu texnologiyalardan öz dərslərində istifadə edərək yüksək keyfiyyət əldə edəcəklər.

 
 
 
 

"V Elektron Təhsil Müsabiqəsi"  

    5 yanvar 2015-ci il tarixində Təhsil Nazirliyində beşinci “Elektron təhsil” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.  Qeyd edilib ki, beşinci “Elektron təhsil” Respublika müsabiqəsi 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər təşkilat komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Bu müsabiqədə liseyimizin tarix müəllimi Əliyeva Könül İsa qızı Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyası üzrə II yerə layiq görülmüşdür

 
 
 
 

5 oktyabr "Müəllim günü"

     Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər. Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.  "Müəllimlər günü" ilə bağlı rayonumuzda da geniş rayon tədbiri keçirildi.

 
 
 
 

"Bilik Fondu" tədbiri

       15 sentyabr 2014-cü il tarixində Zərifə Əliyeva adına liseydə Bilik günü ilə əlaqədar yenicə fəaliyyətə başlamış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun tədbiri keçirmişdir. Tədbiri Bilik Fondu və  Zaqatala rayonu üzrə Bilik Fondunun nümayəndəsi Zərifə Əliyeva adına liseyin direktoru Kəmalə Əhmədova təşkil etmişdilər. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi prof.Etibar Nəcəfov “Azərbaycan bu və sabah” mövzusunda mühazirə oxumuşdur. Mühazirədə liseyin yuxarı sinif şagirdləri, müəllimləri, rayon icra hakimiyyəti və təhsil şöbəsinin, dini icmaların nümayəndələri və rayon bir çox nümayəndələri iştirak etmişlər.

 
 
 
 

"Böyük Vətən Müharibəsi"  veteranları ilə
şagirdlərin görüşü

    14 aprel 2015 ci ildə liseyimizin direktoru Kəmalə müəllimənin təşəbbüsü ilə Böyük Vətən müharibəsi veteranları ilə şagirdlərin  görüşü təşkil edildi. Böyük Vətən müharibəsinin canlı şahidləri olan bu qəhrəmanların döyüş xatirələrini şagirdlərimiz böyük maraqla dinlədilər. Müharibə veteranlarının söylədikləri mahnılar, şeirlər tədbiri daha da rəngarəng etdi. Biz inanırıq ki, bu görüş şagirdlərin vətənpərvərlik ruhunun daha da yüksəlməsinə  təsir edəcək. Çünki, bu Vətən bizimdir və onu qorumaq hər bir Azərbaycanlının borcudur.

 
 
 
 

"Unudulmaz faciə - 31 Mart"

    31 mart 2015-ci il tarixində Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyinin ibtidai sinif müəllimi Ramidə Şərifova və Nargilə Qocayevanın 4-cü sinif şagirdləri ilə keçirdikləri dərs soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. R.Şərifova və N.Qocayeva məktəblilərə soyqırım haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Dərs şagirdlərin hazırladıqları bədii kompazisiyalarla davam edib. Sonda isə müəllimlər və şagirdlər abidə kompleksinin önünə qərənfillər qoyublar.

 
 
 
 

"Novruz gəlir, yaz gəlir"

    16 mart 2015-ci il tarixində liseyimizdə "Novruz" bayramı keçirildi. Novruz yeni gün, yeni il deməkdir. Tədbiri liseyin direktoru Kəmalə müəllimə açdı və liseyin müəllim və şagird kollektivini təbrik etdi. Kosa və keçəlin deyişməsi, şagirdlərin hazırladıqları rəqslər, söylədikləri mahnılar tədbirə rəngarənglik qatdı. Sonda şagirdlərin müəllimlər üçün hazırladıqları video - rolikə baxıldı.

 
 
 
 

"Bilik yarışı"  Biologiya

    11 mart 2015-ci il tarixində liseyimizdə 6-cı siniflər arasında Biologiya fənnindən "Bilik yarışı" keçirildi. Yarışma 3 mərhələli təşkil olunmuşdu. Müsabiqədə 4 qrup iştirak edirdi. I mərhələdə hər bir qrupa 30 sual verildi və hər sual 10 balla qiymətləndirildi. II mərhələdə 15 sual salınmışdı və hər sual 20 balla qiymətləndirildi. III mərhəlıədə isə iştirakçılara 10 sual verildi və hər sual 30 balla qiymətləndirildi.  Yarışmanın şərtinə görə hər mərhələdə zəif olan qrup yarışmanı tərk edirdi. Yarışmanın finalında 6 A sinfinin "Nüvə" komandası qalib gəldi.  Qalib komanda tərifnamə və hədiyyə ilə mükafatlandırıldı.

 
 
 
 
 
 
Axtar
Besucherzahler
счетчик посещений
Рейтинг@Mail.ru
Back to content | Back to main menu