- Zərifə Əliyeva adına Lisey

Go to content

Main menu:

 
 
 
 
 
 
 

"Respublika Günü" nə həsrolunmuş açıq dərs


   27 may 2016cı ildə Respublika Günü ilə bağlı liseyin VI B sinif şagirdləri ilə birlikdə Ümummilli lider Heydər Əliyevin abidə kompleksi qarşısında açıq dərs keçirildi. Şagirdlər maraqlı təqdimatlar hazırlamışdılar. Respublika gününə həsr olunmuş şeirlər, təqdimatlar şagirdlərin ifasında maraqla qarşılandı. Tədbirin sonunda hər bir şagird abidə qarşısına tər güllər qoydular.  

 
 
 
 

"Bu günün qənaəti, sabahın təminatıdır" 

   25 may 2016cı ildə Təhsil Nazirliyinin Mili Bankla birgə təşkil etdiyi "Bu günün qənaəti, sabahın təminatıdır" mövzusunda keçiridiyi  müsabiqədə liseyimizin 11ci sinif şagirdi Qurbanova Ayşə Respublika üzrə I yerə layiq görülmüşdür. Ayşənin hazırladığı video - rolik münsiflər tərəfindən bəyənilmiş və mükafatlara layiq görülmüşdür. Bu videonun ərsəyə gəlməsində Ayşəyə liseyin tarix müəllimi Könül müəllimə və liseyimizin direktoru Kəmalə xanım dəstək oldular. 
 

 
 
 
 

"Respublika Gününə" ilə bağlı 

Bilik yarışı

   25 may 2016cı ildə liseyimizdə 28 may Respublika Günü ilə bağlı VIII siniflər arasında Bilik yarışı təşkil olundu. Yarışda VIII siniflərdən ibarət 4 qrup  yarışırdı. Yarışma iki mərhələli keçirildi. Hər iki turda şagirdlərə 40 sual verildi. Final mərhələsində VIII B sinfinin şagirdlərindən ibarət Qələbə komandası qalib oldu. Qalib komanda Tərifnamə və hədiyyə ilə mükafatlandırıldı.

 
 
 
 

"Nurlu gözlərin xeyirxah işığı" adlı 

elmi praktik konfrans

   27 aprel 2016cı ildə  görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 93 illiyi ilə bağlı liseyimizdə "Nurlu gözlərin xeyirxah işığı " adlı elmi praktik konfrans keçirildi. Tədbirdə RİHBnın müavini Vəfa xanım Süleymanova, rayonun ictimaiyət nümayəndələri, valideynlər, liseyimizin müəllim kollektivi iştirak edirdi. Qonaqlar foyedə şagirlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Tədbirdə Zərifə xanımın həyat və fəaliyyətindən danışıldı, görkəmli alimə həsr olunmuş film izlənildi.

 
 
 
 

"31 mart Azərbaycanlıların Soyqırımı günü" ilə bağlı Şeir müsabiqəsi

   30 mart 2016-cı ildə liseyimizin kitabxanasında "31 mart Azərbaycanlıların Soyqırımı günü" ilə bağlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə iştirak edən şagirdlər vətənpərvərlik mövzusunda şeirlər yazmışdılar. Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdlərin üzə çıxarılması və onlarda vətənpərvərlik hisslərinin aşılanmasından ibarət idi.Tədbirdə şagirdlər müəllifi olduqları şeirləri söylədilər. Sonda qalib olan şagirdlərə tərifnamələr  verildi.

 
 
 
 

" 31 Mart Azərbaycanlıların Soyqırımı günüdür"

   31 mart 2016-cı ildə liseyimizdə "31 Mart Azərbaycanlıların Soyqırımı günü" ilə bağlı tədbir  keçirildi. Tədbir Soyqırım abidəsi qarşısında 
şkil olunmuşdu. Liseyimizin tarix müəllimi Vüqar İsrafilov   31 mart hadisələri,  azərbaycanlıların  başına gətirilmiş vəhşiliklər haqqında şagirdlərə məlumat verdi. Şagirdlərin ifasında şeir kompozisiyaları maraqla dinlənildi. Sonda şagirdlər və müəllimlər abidə önünə qərənfillər qoydular.

 
 
 
 

"Kim sevirsə idmanı..."

   3 mart 2016-cı ildə liseyimizdə 5 mart "İdman günü" münasibətilə 5-ci və 6-cı siniflər  arasında "Şən startlar" yarışları keçirildi. Şagirdlər yarışlara çox maraqla və həvəslə hazırlaşmışdılar. Yarışlara liseyin müəllimlərindən ibarət münsiflər heyəti nəzarət edirdi. Belə idman yarışları liseyimizdə vaxtaşırı təşkil olunur. Bu yarışlar həm şagirdlərin sağlam inkişafına, həm də idmana olan maraqlarının artmasına səbəb olur. Sonda qalib komanda fəxri fərmanla təltif olundu. 

 
 
 
 

"Heç vaxt unutmarıq Xocalım səni"

 Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı  respublikamızda silsilə tədbirlər  keçirilir. 25 fevral 2016-cı ildə liseyimiz Humanitar fənlər Gimnaziyası  nın şagirdləri ilə birlikdə "Heç vaxt unutmarıq Xocalım səni" adlı tədbir keçirdi. Tədbirdə gimnaziya şagirdlərinin hazırladıqları "Xocalı uşaqların dili ilə" adlı qısa metrajlı filmə tamaşa edildi. Eyni zamanda liseyimizin şagirdlərinin hazırladıqları video rolik və müxtəlif şeir kompoziyaları da nümayiş olundu. Liseyimizin tarix müəllimi Şəmsi müəllimənin verdiyi məlumatları da şagirdlər maraqla dinlədilər. 


 
 
 
 

"Xocalı Qan yaddaşımız"

  24 fevral 2016-cı ildə liseyimizin 4 "A" sinif şagirdləri  Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə "Ana fəryadı" abidəsi qarşısında açıq dərs keçirdilər. Sinif rəhbəri Aytən müəllimə şagirdlərə Xocalı faciəsi haqqında məlumat verdi. Şagirdlər Xocalıya həsr olunmuş şeirlər söylədilər. Tədbir abidəyə qərənfillərin qoyulması ilə başa çatdı.


 
 
 
 

"Xocalı Faciəsi"nin 24-cü ildönümü

Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı  respublikamızda silsilə tədbirlər  keçirilir. 23 fevral 2016-cı ildə liseyimizin 2 "A" sinif şagirdləri  Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə "Ana fəryadı" abidəsini ziyarət etmiş, burada tədbir keçirmişlər. İlk əvvəl  Xocalı faciəsində şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlərin ifasında şeir kompozisiyaları dinlənildi. Tədbir abidəyə qərənfillərin qoyulması ilə başa çatdı.


 
 
 
 

"20 Yanvar " Faciəsinin 26-cı ildönümü

19 yanvar 2016-cı  il tarixində  liseyimizdə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə liseyin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir "20 Yanvar"la bağlı filmin nümayişi ilə başlandı. Liseyin tarix müəllimi Vüqar İsrafilov “20 Yanvar faciəsi” haqqında məlumat verdi. Faciənin başvermə səbəblərini, xalqın Sovet imperiyası tərəfindən necə aldadıldığını qeyd etdi. Liseyin direktoru Kəmalə müəllimə çıxış edərək  Azərbaycan xalqının bu faciəni, həlak olmuş şəhidlərin əziz xatirəsini unutmayacağını qeyd etdi. Liseyin şagirdlərinin ifasında “20 Yanvar faciəsi”nə həsr olunmuş kompozisiya dinlənildi. 


 
 
 
 

"Multikulturalizm və Vətənpərvərlik" mövzusunda gənclərin maarifləndirilməsi

05 yanvar 2016-cı  il tarixində  liseyimizdə "Multikulturalizm və Vətənpərvərlik" mövzusunda gənclərin maarifləndirilməsi" ilə bağlı tədbir keçirildi.  Tədbirdə Prezident Administrasiyasının nümayəndəsi Rəvan müəllim, Bakı Multikulturalizm Mərkəzinin nümayəndəsi, Zaqatala RİH-nin nüməyəndəsi İlqar müəllim, RTŞ-nin nümayəndələri,  liseyimizin  direktoru Kəmalə müəllimə və liseyin yuxarı sinif şagirdləri iştirak edirdi. Qonaqlar multikulturalizm mövzusunda şagirdlərə maraqlı məlumatlar verdilər. Azərbaycanda bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulması haqqında danışıldı.

 
 
 
 

"31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il" tədbiri

30 dekabr 2015-ci il tarixində  liseyimizdə "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il" münasibətilə tədbir keçirildi. Tədbirdə liseyimizin müəllim və şagird kollektivi iştirak edirdi. Liseyimizin şagirdlərinin ifasında rəngarəng mahnılar, şeirlər tədbiri daha da maraqlı etdi. Şaxta babanın tədbirə gəlməsi bütün şagirdlərin sevincinə səbəb oldu. Sonda çıxış edən Kəmalə müəllimə liseyin həm müəllim, həm də şagird kollektivini təbrik etdi, hər kəsə can sağlığı və xoşbəxtlik arzuladı.

 
 
 
 

"İncəsənət məktəbinin konserti"

25 dekabr 2015-ci il tarixində  liseyimizdə rayon İncənət məktəbinin direktoru Fərhad müəllimin və liseyimizin direktoru Kəmalə xanımın təşəbbüsü ilə 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il" münasibətilə geniş tədbir keçirildi. Tədbirdə incəsənət məktəbinin və liseyimizin müəllim və şagird kollektivi iştirak edirdi. İncənət məktəbinin şagirdlərinin ifa etdikləri rəngarəng musiqi parçaları, müəllimlərin oxuduğu xor mahnıları tədbirə öz gözəlliyini qatdı. Sonda çıxış edən Kəmalə müəllimə belə bir tədbiri təşkil etdiyi üçün Fərhad müəllimə və onun kollektivinə öz minnətdarlığını bildirdi.

 
 
 
 

"Unudulmaz siyasətçi"

11 dekabr 2015-ci il tarixində  liseyimizin ibtidai sinif müəllimi Loğmanova Sevinc 2-ci "A" sinif şagirdləri ilə birlikdə ümummilli lider Heydər Əliyevə həsr edilmiş "Unudulmaz siyasətçi"  adlı tədbir  keçirdi. Tədbir Zaqatala rayonunda yeni açılmış "Heydər Əliyev Mərkəzində" təşkil olunmuşdu. Tədbirdə Sevinc müəllimə H.Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verdi. Şagirdlərin söylədiyi şeirlər də tədbirə öz gözəlliyini qatdı. Sonda şagirdlərlə birlikdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa edildi.

 
 
 
 

"İctimai davranış qaydalarına dair

şagirdlərin maarifləndirilməsi"

26 noyabr 2015-ci il tarixində  liseyimizdə "Sağlam yaşa"  gənclərin maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Birliyin rəhbərləri, RTŞ-nin metodisti Günəş xanım, liseyin psixoloqu Pərvanə müəllimə və liseyin yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbirdə iştirak edən qonaqlar ictimai nəqliyyatda, parklarda və insanların ümumi istifadəsində olan digər yerlərdə ictimai davranış qaydalarına dair şagirdlərə  məlumat verdilər. Tədbir maraqlı dialoq və diskusiya xarakterli oldu. Fəal iştirak edən şagirdlərə müxtəlif hədiyyələr verildi.

 
 
 
 

"Şagirdlərin ünsiyyət prosesinin qarşılıqlı qurulması"

26 oktyabr 2015-ci il tarixində  liseyimizdə  tədbir keçirildi. Tədbirdə RTŞ-nin nümayəndəsi Rəna xanım, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bölgə müdiri Mehman İsmayılov, liseyin psixoloqu Pərvanə xanım və liseyin yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbirdə iştirak edən qonaqlar ünsiyyət nədir, şagirdlərdə ünsiyyət prosesinin düzgün qurulması, əxlaq normaları kimi mövzular üzrə ətraflı çıxışlar edərək şagirdləri bu mövzuda məlumatlandırdılar.

 
 
 
 

"H.Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir"

15 sentyabr 2015-ci il tarixində  liseyimizdə  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti tədbiri keçirilmişdir. Tədbirdə Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Baş Elmi İşçisi Əhmədli Atəş müəllim, liseyin rəhbər və müəllim kollektivi, şagirdlər və və valideynlər iştirak edirdilər. Atəş müəllim "H.Əliyev Azərbaycan multikul-turalizminin siyasi banisidir" mövzusunda mühazirə oxumuşdur. Tədbir çox maraqla qarşılanmışdır.

 
 
 
 

"Bilik Günü"

15 sentyabrda respublikamızın bütün ümumtəhsil məktəblərində "Bilik günü" qeyd olunur. Lieyimizdə də bu günü təntənəli şəkildə qeyd etdik. Liseyin direktoru Kəmalə Əhmədova bu ilki uğurlarımız haqqında tədbir iştirakçılarına  məlumat verdi. Yeni tədris ilində liseyin şagird və pedaqoji kollektivinə uğurlar arzuladı. Tədbirdə iştirak edən RİHB-nın I müavini Elman Ramazanov da liseyimizin rayonda öz sözünü deyən məktəblər arasında olduğunu vurğuladı. Kollektivə can sağlığı və yeni nailiyyətlər arzuladı.

 
 
 
 

"Vətən sağ olsun"

Liseyimizin direktoru Kəmalə Əhmədovanın təşəbbüsü ilə Heydər Əliyev mərkəzində 1 "A" sinfinin ümummilli lider Heydər Əliyev və  28 may   "Respublika günü"nə həsr olunmuş "Vətən sağ olsun" adlı geniş rayon tədbiri keçirildi. Tədbir Heydər Əliyevin abidə kompleksinə gül qoymaqla başlandı.  Tədbirdə şagirdlər ümumilli liderə və Vətənə  həsr olunmuş     şeirlər söylədilər. Şagirdlərin ifasında rəngarəng rəqslər və mahnılar tədbiri daha da gözəlləşdirdi. Sonda Kəmalə müəllimə təbrik sözlərini söylədi və  "Respublika günü" nə həsr  olunmuş filmə baxıldı.

 
 
 
 

"Milli mənəvi dəyərlərimiz"

Liseyimizin Kitabxanasında "Milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirdik. Tədbirdə Kitabxananın müdiri Könül müəllimə, Təşkilatçı Aytən müəllimə, liseyimizin psixoloqu Pərvanə müəllimə, tarix müəllimi Şəmsi müəllimə və liseyin bir qrup fəal şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Könül müəllimə adət ənənələrimiz haqqında çıxış etdi. Şəmsi müəllimə mədəniyyətimiz, dinimizin tarixi kökləri haqqında məruzə ilə çıxış edərək şagirdlərə məlumat verdi. Pərvanə müəllimə də mövzu ətrafında geniş məruzə ilə çıxış etdi.

 
 
 
 

lifba bayramı"

 Bildiyimiz kimi may ayı bir çox bayramların keçirildiyi bir aydır. "Gül bayramı", "Qələbə günü", "Respublika günü".  May ayında daha bir gözəl tədbir də keçirilir ki, bu birincilərin "Əlifba" bayramıdır. Mayın 11-i  lisyimizin 1 "A" sinfinin "Vətən sağ olsun" adlı "Əlifba bayramı" keçirildi. Artıq yazmağı, oxumağı bacaran bu balacaların hazırladıqları şeirlər, rəngarəng rəqslər, maraqlı səhnəciklər tədbiri daha da gözəlləşdirdi. Tədbirdə bir çox qonaqlar iştirak edirdi. Onlar da bu birinciləri təbrik etdilər və hər birinə təhsildə uğurlar qazanmağı arzuladılar.

 
 
 
 

"Müharibə veteranı ilə görüş"

Liseyimizin direktoru Kəmalə Əhmədovanın təşəbbüsü ilə Böyük Vətən müharibəsi veteranları ilə görüşlər davam etdirilir. Rayon Ağsaqqallar Şurasının sədri Ənvər müəllim,  Kəmalə xanım, liseyin təşkilatçısı Aytən müəllimə və rayonun qabaqcıl məktəblərinin nümunəvi şagirdləri ilə birlikdə  Qələbə gününün 70-ci ildönümü münasibətilə müharibə veteranı Məhərrəm dayının evində olduq. Məhərrəm dayının döyüş xatirələri, xoş söhbətləri hər birimizə xüsusən də şagirdlərə çox gözəl təsir etdi. Tədbir iştirakçıları da öz fikirlərinin bildirdilər. Məhərrəm dayı gənclərə Vətənin keşiyində durmağı, Vətənin pərvəri olaraq yetişməyi arzuladı.

 
 
 
 

"Örnək ana - Zirvə yolu"

28 aprel Azərbaycan səhiyyəsinin tarixində silinməz iz qoymuş görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümüdür. Liseyimiz hər il bu günü böyük təntənə ilə qeyd edir. Direktorumuz Kəmalə xanımın təşəbbüsü ilə bu ilki tədbirimiz daha maraqlı oldu. Liseyimizin bir qrup müəllim və şagird kollektivi Bakıda yerləşən Z.Əliyeva liseyi ilə bir yerdə akademikin 92-ci ildönümünü birlikdə qeyd etdi. Bu həm də liseyimizlə Z.Əliyeva liseyi arasında dostluq körpüsünün də əsasını qoydu. Şagirlərimizlə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdik. Daha sonra hər iki liseyin kollektivi birlikdə Ulu öndər H.Əliyev və Z.Əliyevanın məzarını ziyarət etdi. Birlikdə liseydə keçirilən tədbirdə iştirak etdik. İnanırıq ki, yaratdığımız bu dostluq körpüsü möhkəm təməllər üzərində dayanacaq və daha böyük uğurlara bizi ruhlandıracaq.

 
 
 
 

"İslam dini və Azərbaycan"

   16 aprel 2015-ci ildə Bilik fondunun Zaqatala rayon nümayəndəsi Kəmalə Əhmədovanın və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kəmalə müəllimə açdı. Rayonun Muxax, Zəyəm və Yuxarı Çardaxlar kəndinin müəllim və şagird kollektivi tədbirdə iştirak edirdi. Tədbirin əsas məqsədi İslam dininin şagirdlər arasında düzgün təbliğinə yönəlmişdi. Biz dini dəyərlərimizi öyrənən zaman unutmamalıyıq ki, hər birimiz Azərbaycanlıyıq və həm dinimizlə, həm biliyimizlə bu dövlətə xidmət etməli, onun adını ucaltmalıyıq.

 
 
 
 

"Aləmə nur saçan işıq"

   Bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti, nə yaxşı ki, hələ qalıb. 15 aprel 2015-ci il görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anım günüdür. Bu münasibətlə liseyimizdə geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə liseyin direktoru Kəmalə müəllimə açdı və görkəmli alimin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Könül Əliyeva Zərifə xanımın həyatı və fəaliyyəti ilə bağlı məruzə söylədi. Tədbir şagirdlərin şeir kompozisiyaları ilə davam etdi. Sonda isə "Aləmə nur saçan işıq" adlı filmə baxıldı.

 
 
 
 
Axtar
Besucherzahler
счетчик посещений
Рейтинг@Mail.ru
Back to content | Back to main menu