- Zərifə Əliyeva adına Lisey

Go to content

Main menu:

 
 
 
 
 
 
 

 "Unudulmaz faciə- 31 Mart Soyqırımı"

  31 Mart 2017-ci ildə liseyimizin müəllim və şagird kollektivi "31 Mart Azərbaycanlıların soyqırımı günü" ilə bağlı  "Ana fəryadı" adlı abidə önündə geniş tədbir keçirdi. Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür. Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 31 mart tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın idi. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

 
 
 
 

 "Novruz gəlir, yaz gəlir"

   17 mart 2017-ci ildə liseyimizdə qədim və milli bayramımız olan Novruzu qeyd etdik. Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və xalqımız bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Novruz - bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəliminə həsr olunur.
 Yeni  həyat gətirən, qəlbləri sevindirən,ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan "Novruz" bayramınız mübarək !!!

 
 
 
 

 " 1 Mart Mülki Müdafiə günüdür"

   01 mart 2017-ci ildə  liseyimizdə "Mülki Müdafiə günü" ilə bağlı təlim-tədbir keçirildi. Tədbirdə  FHN-nin Zaqatala rayon mərkəzinin xilasediciləri, Zaqatala rayon Dövlət Yanğından Mühafizə İdarəsinin nümayəndələri, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları, Zaqatala rayon Təhsil Şöbəsinin müdiri və liseyin müəllim və şagirdləri iştirak etmişdir. Şərti xəbərdarlıq siqnalı ilə liseydə "Zəlzələ və partlayış" həyəcanı elan edilmişdir. Şagirdlər tərəfindən dərs gedişində baş verən zəlzələ zamanı təhlükəli zonadan təxliyyə olunma qaydaları, yaralanmış şəxslərə ilk tibbi yardımın göstərilməsi üsulları nümayiş olunmuşdur. Tədbir çərçivəsində, həmçinin, Zaqatala rayon  Yanğından Mühafizə xidmətinin texniki avadanlıqları nümayiş olunmuşdur.
 
 
 
 

 " Bu qan qalmayacaq yerdə, Xocalı"

   24 fevral 2017-ci ildə  liseyimizdə Xocalı soyqırımının 25 illik ildönümü günü ilə bağlı "Bu qan qalmayacaq yerdə, Xocalı " adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə liseyin psixoloqu Pərvanə müəllimə açdı və həlak olmuş vətəndaşlarımızın ruhları 1 dəqiqiəlik sükütla yad edildi. Şagirdlərin söylədikləri şeir kompozisiyaları, bu faxiə ilə bağlı söylədikləri fikirləri, hazıərldaıqları səhnə maraqla izlənildi. Eyni zamanda yuxarı sinif şagirdlərinin hazırldadıqları video-çarx da təqim olundu. Tədbirin sonunda   liseyin direktoru Kəmalə müəllimə öz fikirlərini bildirdi. 
 
 
 
 

 " Xocalısız 25 il ..."

   24 fevral 2017-ci ildə  Xocalı soyqırımının 25 illik ildönümü günü ilə bağlı yuxarı sinif şagirdləri və müəllimlərlə birlikdə soyqırımı abidəsini ziyarət etdik. Tədbirdə  liseyin direktoru Kəmalə müəllimə bu soyqırım haqqında öz fikirlərini bildirdi. Eyni zamanda liseyin tarix müəllimi Vüqar müəllim 26 fevral Xocalı faciəsi haqqında məlumat verdi. Sonda abidə önünə qərənfillər qoyuldu.
 
 
 
 

 " Doğum günün mübarək, şəhidim! "

   7 fevral 1988-ci ildə Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür. Bu münasibətlə liseyimizin I A sinif şagirdləri ilə birlikdə tədbir keçirdik. 
   18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına  Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Səhər saatlarında düşmənlə gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Ölkə başçısı Cənab İlham Əliyev Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Doğulduğu Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə və rayonun küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilib.
 
 
 
 

 " Bölmə iclasları "

  27 Yanvar 2017-ci ildə  liseyimizdə metodik bölmə iclasları keçirilib. Tədbir Azərbaycan dili və ədəbiyyat, kimya, fizika, biologiya, tarix, riyaziyyat, musiqi, texnologiya və ibtidai bölmələri  əhatə edirdi.
  Bütün bölmələrdə "Təhsilin keyfiyyəti və onun təmin olunmasında müəllimin rolu, müəllim hazırlığı” devizi altında ayrı-ayrı fənlər üzrə müxtəlif adda məruzələr dinlənilərək müzakirə olunub. Eyni zamanda fənn müəllimlərinin keçirdiyi açıq dərslər də təhlil olunub.  Həmçinin ümumi təhsil pilləsindəki buraxılış imtahanında istifadə olunacaq yeni tip suallar, qaydalar, 2017-2018-ci tədris ilində istifadəyə veriləcək  dərslik və həmin dərsliklər üzrə müəllim üçün metodik vəsaitlərin yeniləşdirilmiş layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılması haqqında məlumat verilib.
 
 
 
 
 

 "Şəhidlər Xiyabanı"nın ziyarəti I B sinfi ilə

  18  yanvar 2017-ci ildə liseyimizin I B sinif şagirdləri ilə birlikdə Zaqatala rayonunda yerləşən "Şəhidlər Xiyabı"nında açıq dərs keçirdik. Sinif rəhbəri Nargilə Qocayeva əvvəlcə 20 yanvar hadisələri haqqında şagirdlərə məlumat verdi. Daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər gətridikləri qərənfilləri Şəhidlər Xiyabanına qoydular. Onların hazırladıqları şeir kompozisiyaları da maraqla qarşılandı. 
 
 
 
 

 "Qan yaddaşımız"

  18 Yanvar 2017-ci ildə liseyimizdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Şəki regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov qonaq oldu. Pərviz müəllim yuxarı sinif şagirdləri ilə  20 Yanvar hadisələri ilə bağlı "Qan yaddaşımız" mövzusunda məruzə ilə çıxış etdi. Şagirdlər Pərviz müəllimin çıxışını maraqla dinlədilər. Qonaq çıxışında 20 Yanvar günü günahsız insanların  hüquqlarının pozularaq vəhşicəsinə qətlə yetirildiyini vurğuladı. Tədbirdə həlak olanların ruhu 1 dəqiqəlik sükutla yad edildi. 
 
 
 
 
 

 "Qanlı və şanlı səhifə"

  17 yanvar 2017-ci ildə liseyimizdə 20 Yanvar günü ilə bağlı  "Qanlı və şanlı səhifə" adlı tədbir keçirildi. Tədbirdə liseyin müəllim və şagird kollektivi iştirak edirdi. Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükütla yad edildi. Liseyin tarix müəllimi 20 Yanvar hadisələri haqqında məlumat verdi. Şagirdlərin çıxışları da maraqla qarşılandı. Tədbirimizə liseydə qonaq olan Təhsil Nazirliyinin nümayəndəsi Seyfullah müəllim də iştirak etdi. O şagirdlərə tariximizdə olan bu hadisələri unutmamalarını və əsl vətənpərvər kimi yetişmələrini söylədi. 
 
 
 
 
 

 "Yeni il yeni arzular"

  30 dekabr 2016-cı il tarixində liseyimizdə 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il" münasibətilə tədbir keçirildi. Yeni il Bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyirlər. Bu yeni il hər kəsə xeyirli və düşərli olsun. Qarşıdan gələn yeni il münasibətilə liseyimiz adından hər birinizi təbrik edir və bol bərəkətli, sağlıqlı və xoşbəxtliklə dolu il olmasını arzulayırıq.
 
 
 
 
 

 "Elektron Təhsil Respublika müsabiqəsi 2016"

    21 sentyabr 2016-cı il tarixində Elektron Təhsil müsabiqəsinə start verildi. Müsabiqə 2 istiqamət və 6 nominasiya üzrə keçirilirdi. Liseyimiz də bu müsabiqəyə qoşuldu. "Ən zəngin məzmunlu məktəb saytı " üzrə nominasiyada liseyimizin saytı "www.zaqatalaliseyi.com"  Respublika üzrə II yerə layiq görüldü. Müsabiqənin mükafatlandırılma mərasimi 29 dekabr 2016-cı il tarixində keçirildi. Mükafatlandırılma mərasimində müsabiqədə yer tutmuş və fərqlənən digər qaliblər də mükafatlandırıldı. 
 
 
 
 
 

 "Mənalı ömrün izi ilə"

 08 dekabr 2016-cı ildə liseyimizdə ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar "Mənalı ömrün izi ilə" adlı tədbir keçirilib. Tədbirdə liseyin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə açan liseyin psixoloqu Pərvanə müəllimə bildirib ki, Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Daha sonra çıxış edən liseyin tarix müəllimi Könül müəllimə  qeyd edib ki,  Heydər Əliyevin apardığı uğurlu  siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Eyni zamanda şagirdlərin hazırladıqları şeirlər də maraqla qarşılanıb.
 
 
 
 
 

 "Ümummilli lider Heydər Əliyevin anım günü"

 7 dekabr 2016-cı ildə Zaqatala rayon Heydər Əliyev Mərkəzində 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə VI sinif şagirdləri ilə birlikdə tərbir keçirilib. Tədbirdə liseyin tarix müəllimi Könül müəllimə, liseyin təşkilatçısı və psixoloqu iştirak edirdilər. Könül müəllimə şagirdlərə ulu öndərin həyatı, siyasəti ilə bağlı məlumat verdi. Şagirdlər      Heydər Əliyevlə bağlı hazırladıqları şeirləri, mahnıları nümayiş etdirdiər. Sonda şagirdlər mərkəzi gəzərək Heydər Əliyevlə bağlı məlumatları aldılar.
 
 
 
 
 

 "Narkomaniyaya yox deyək"

 06 dekabr 2016-cı il tarixdə liseyimizdə Zaqatala rayon "Ailə, qadın və uşaqlara Dəstək Mərkəzi" və Zaqatala Rayon Polis Şöbəsinin birgə əməkdaşlığı ilə  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekrusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən rayon tədbiri keçirilib. Tədbirdə iştirak edən qonaqlar öz çıxışlarında vurğulayıblar ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirirlər. Onlar bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğulayıblar. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
 
 
 
 

 "Bilik yarışı"

 5 dekabrda liseyimizdə V siniflər arasında tarix fənnindən "Bilik yarışı" keçirildi. Yarışma ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuşdu. Liseyin tarix müəllimi Şəmsi Ramazanova siniflərə suallar ünvanlandırdı. Ən çox suallara doğru cavab verən komanda qalib gəldi. Bu yarışmada V B sinif şagirdləri özlərinə verilən sualları cavablandıraraq qalib oldular.  
 
 
 
 

 "1 Dekabr QİÇS-lə mübarizə günüdür"

 1 dekabr ümumdünya QiÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. Bu münasibətlə 02 dekabr 2016-cı il tarixdə Zaqatala rayon Akademik Z. Əliyeva adına Texniki fənlər təmayüllü liseydə “QİÇS-dən özünü xilas et” mövzusunda tədbir keçirildi. Tədbirdə  liseyin psixoloqu, direktor müavinləri, UBR, boloqiya müəllimi, 8, 9, 10 ,11-ci sinif şagirdləri və müəllimlər iştirak edirdilər. Biologiya müəllimi İbrahimova Gülnar QİÇS virusu, insanın bu virusa yoluxma səbəbləri haqqında ətraflı məlumat verdi. Eyni zamanda liseyimizdə "Narkomaniyaya yox deyək" adlı keçirilən rəsm müsabiqəsinin də qalibləri mükafatlandırıldı.
 
 
 
 

"Reproduktiv sağlamlıq" la bağlı  

maarifləndirici tədbir

 01 dekabr 2016-cı ildə liseyimiozdə reproduktiv sağlamlıqla bağlı maarifləndirici tədbir keçirildi. Tədbirdə diretor müavinləri, liseyin psixoloqu, tibb bacısı və VI, VII, VIII, IX siniflərin qızları iştirak edirdi. Psixoloq Pərvanə müəllimə və biologiya müəllimi Vüsalə müəllimə reproduktiv sağlamlıqla bağlı məlumat verdi. Eyni zamanda liseyin Qızlar şurasının sədrləri də seçildi. Qızlar şurasının üzvlərinin vəzifələri, onların iş planları lə bağlı məlumat verildi. 
 

 
 
 
 

"Ölkəmizi tanıyaq" maarifləndirici tur aksiya

 Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə  başlanan “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları müvəffəqiyyətlə davam edir. Rayonumuzun  məktəbliləri də artıq bu aksiyanın iştirakçılarıdırlar. Lənkəran - Masallı marşrutu üzrə ekskursiyaya çıxan rayon məktəblilərinin içərisində liseyimizin X sinif şagirdləri İsmayılova Diyana və Şirinova Səyalı da vardı. Bu layihədə iştirak edən rayonumuzun komandası keçirilən yarışlarda fəal iştirak edib, II yeri qazanıblar. Belə bir tur aksiyanın təşkili üçün şagirdlərimiz Cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıq teleqramı göndəriblər.

 
 
 
 
 

"Azərbaycan - Tolerantlıq nümunəsidir"

 16 noyabr  2016-cı ildə   liseyimizdə Zaqatala RİH-nin, Zaqatala rayon TŞ-nin və Bilik fondunun Zaqatala Nümayəndəliyinin birgə təşəbbüsü ilə 16 noyabr

"Beynəlxalq Tolerantlıq günü" ilə bağlı tədbir keçirildi. Tədbirdə iştirak edən qonaqlar Azərbaycanın Tolerantlığa nümunə olan ən birinci ölkələrdən biri olması haqqında çıxışlar etdilər. Tolerantlıq və mulitikulturalizm anlayışları haqqında məlumat verdilər. Ölkə başçısının sözlərindən sitatlar gətirdilər. Tədbirin sonunda "Tolerantlıq yurdu Azərbaycan" adlı filmin nümayişi oldu.

 
 
 
 

"Bizim hüquq və vəzifələrimiz nədir?"

 15 noyabr  2016-cı ildə  "20 oktyabr-20 noyabr  Uşaq Hüquqları aylığı" çərçivəsində liseyimizdə "Bizim hüquq və vəzifələrimiz nədir? " mövzusunda tədbir keçirilib. Hüquq olmayan yerdə yaşamaq, su olmayan yerdə yaşamaq qədər çətin və əzablıdır. Hüququnu bilməmək və kiməsə hüququnu tapdalatmaq isə artıq həmin insanın öz səhvidir. Belə halların baş verməməsi üçün biz çalışırıq ki, şagirdlərə öz hüquqlarının nə olduğunu öyrədək. Keçirilən tədbirdə şagirdlər maraqlı fikilər söylədilər. Sevindirici haldırki, onlar öz hüquqlarını necə qoruyacaqlarını və bu istiqamətdə nə etməli olduqlarını bilirlər.

 
 
 
 

"Hərəyə bir ağac əkək..."

 14 noyabr  2016-cı ildə I B sinif şagirdləri ilə birlikdə liseyin həyətində ağac əkdik. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəyə bir ağac əkək" layihəsinə liseyimizdə də əməl olunur. Bu nəcib təşəbbüs ölkəmizin hər yerində dərin razılıq hissi ilə qarşılanmışdır. Belə silsilə tədbirlər liseyimizdə vaxtaşırı keçirilir. 
 

 
 
 
 

"Bayraq günü, Konstitusiya günü və Milli Dirçəliş günü" ilə bağlı iməcilik

 11 noyabr  2016-cı ildə  "Bayraq günü, Konstitusiya günü və Milli Dirçəliş günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən liseyimizdə iməcilik təşkil olundu. Şagirdlərlə birlikdə məktəbyanı ərazidə təmizlik və abadlıq işləri aparıldı. Şagirdlər liseyin ərazisinə  atılmış zibilləri, ağaclardan tökülmüş yarpaqları, xəzəlləri yiğaraq ətrafın təmizlənməsinə səbəb oldular. Liseyimizdə bu qəbildən olan tədbirlər vaxtaşırı təşkil olunur.

 
 
 
 

"Mənim bayrağım, mənim kimliyim" 

(Açıq dərs)

 11 noyabr  2016-cı ildə ""Bayraq günü", "Konstitusiya günü" və  "Milli Dirçəliş günü"" münasibətilə hazırlanmış  tədbirlər planına əsasən II B sinfi  ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində "Mənim bayrağım, mənim kimliyim" adlı açıq dərs keçirildi. II B sinif rəhbəri Ramazanova Sevinc müəllimə noyabr ayında keçirilən bayramlarımız haqqında məlumat verdi. Şagirdlərin hazırladıqları şeir kompozisiyaları, rəqslər, mahnılar dərsə öz gözəlliyini qatdı. Tədbirdə iştirak edən Zaqatala rayon TŞ-nin müdiri Habil müəllim və rayonumuzda olan TN-nin nümayəndəsi şagirdləri təbrik etdi və onlara ilk növbədə əsl azərbaycanlı kimi yetişməyi və dərslərini yaxşı oxumalarını arzuladı.

 
 
 
 

"Bayraq günü, Konstitusiya günü və Dirçəliş günü" ilə bağlı idman yarışı

 10 noyabr  2016-cı ildə liseyimizdə "Bayraq günü, Konstitusiya günü və Dirçəliş günü" ilə bağlı VII siniflər arasında 60 metr uzunluğa qaçış yarış təşkil edildi. Yarış tədbirlər planına əsasən təşkil olunmuşdu. Yarışda 60 metr uzunluğa ən sürətli qaçan sinfin şagirdləri qalib hesab olundular. Bu yarışmada qalib komanda VII A sinfi oldu. Qalib olan sinfə Tərifnamə verildi.

 
 
 
 

"Müstəqil Azərbaycan, 25"

18 Oktyabr 2016-cı ildə liseyimizin kitabxanasında 18 Oktyabr "Müstəqillik günü" ilə bağlı "Müstəqil Azərbaycan,25" adlı tədbir keçirildi. Tədbiri kitabxananın müdiri Könül müəllimə açdı. Tədbirdə liseyin tarix müəllimi Şəmsi müəllimə Azərbaycanımızın keçdiyi müstəqillik yolu haqqında danışdı. 3-cü sinif şagirdlərinin hazırladıqları şeir kompozisiyaları maraqla dinləndi. 

 
 
 
 

"Müstəqilliyin əbədi olsun, Azərbaycan"

17 oktyabr 2016-cı il tarixində liseyimizdə Cənab Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən Müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş "Müstəqilliyin əbədi olsun, Azərbaycan" adlı geniş tədbir keçirildi. Tədbirdə liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər.  Tədbirdə liseyimizin tarix müəllimi Vüqar müəllim müstəqillik yolumuz haqqında və bu yolda Heydər Əliyevin rolundan danışdı. Liseyin şagirdlərinin ifasında şeir kompozisiyaları, rəqslər və mahnılar tədbirə xüsusi gözəllik qatdı. Tədbirin sonunda  ulu öndər Heydər Əliyevə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı filmə tamaşa edildi.

 
 
 
 

"Müstəqilliyin mübarək Azərbaycan"

17 oktyabr 2016-cı il tarixində  liseyimizin ibtidai sinif müəllimi Naira müəllimə  3-cü "B" sinif şagirdləri ilə birlikdə Müstəqillik gününə həsr edilmiş  "Müstəqilliyin mübarək Azərbaycan " adlı tədbir  keçirdi. Tədbir Zaqatala rayonunda fəaliyyət göstərən "Heydər Əliyev Mərkəzində" təşkil olunmuşdu. Tədbir şagirdlərlə birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyulmaqla başlandı. Tədbirdə Naira müəllimə "Müstəqillik günü"  ilə bağlı məlumat verdi. Şagirdlərin söylədiyi şeirlər də tədbirə öz gözəlliyini qatdı. 

 
 
 
 

"Ümid sənədir ancaq Azərbaycan əsgəri"

 Liseyimizdə tədrislə bərabər eyni zamanda şagirlərə vətənpərvərlik hissləri aşılayırıq. Onların əsl vətəndaş kimi yetişməsinə çalışırıq. Şagirlərimiz də bu ruhda tərbiyə olunurlar. Şagirdlərimizin istəyinə əsasən hərbi xidmətdə olan və Vətənimizi qoruyan əsgərlərimizə məktublar yazaraq onlara göndərdik. Məktublarında şagirdlərimiz belə qeyd etdilər: "Bilirəm, cənab əsgər, əsgərlik öhdəsindən o qədər də asanlıqla gəlinə biləcək bir peşə, bir vəzifə deyil. Əsgər olmaq böyük və müqəddəs bir amaldır. Sən də bu amal uğrunda silaha sarılıb, vətənin keşiyində dayanıbsan.  Ümid sənədir ancaq Azərbaycan əsgəri!" Bəli biz inanırıq ki, itirilmiş torpaqlarımızı mütləq geri alacağıq.

 
 
 
 

"Bilik Fondu" tədbiri

       15 sentyabr 2016-cı il tarixində  adına liseyimizdə  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti tədbiri keçirilmişdir. Tədbiri    Zaqatala rayonu üzrə Bilik Fondunun nümayəndəsi  liseyimizin direktoru Kəmalə Əhmədova təşkil etmişdilər. Tədbirdə Bilik fondunun nümayəndəsi “Azərbaycanda Heydər Əliyev siyasəti ” mövzusunda mühazirə oxumuşdur. Mühazirədə liseyin yuxarı sinif şagirdləri, rayonumuzun müxtəlif məktəblərindən olan müəllimlər və valideynlər iştirak etmişdilər.

 
 
 
 
Axtar
Besucherzahler
счетчик посещений
Рейтинг@Mail.ru
Back to content | Back to main menu