- Zərifə Əliyeva adına Lisey

Go to content

Main menu:

 
 
 
 
 
 
 

 " Asayişin keşiyində "

 12 iyun 2017-ci ildə liseyimizin ibtidai sinif müəllimi Loğmanova Sevinc və 3 "A" sinfinin təşəbbüsü               ilə 02 iyul "Azərbaycan Polisi" günü münasibətilə "Asayişin keşiyində" adlı maarifləndirici, geniş rayon tədbiri keçirildi. Tədbirdə Zaqatala RPŞ-nin rəisi, polkovnik Adil müəllim, Zaqatala rayon Prokuroru Əli müəllim, Zaqatala RİHB-nın müavini Tofiq müəllim və Zaqatala RTŞ-nin müdiri Habil müəllim, liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər. Şagirdlər bir-birindən maraqlı səhnəciklər, rəqslər və mahnıılar ifa etdilər. Polis sənətinin tarixi haqqında geniş məlumat verdilər. Zaqatala rayon polis işçiləri tərəfindən tədbirdə iştirak edən hər bir kiçik polislər hədiyyələrlə mükafatlandılar. Sonda şagirdlər tort kəsib, səmaya şarlar uçurdular.
 
 
 
 

 " Liseyimizin şagirdinin daha bir uğuru "

 07 iyun 2017-ci ildə liseyimizin şagirdinin mükafatlandırılması tədbiri keçirildi. Bildiyimiz kimi www.e-test.edu.az adlı portal fəaliyyət göstərir. Bu Azərbaycan məktəblilərinin riyaziyyat və oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabəti artırmaq üçün elektron müsabiqə portalıdır. Portalının əsas məqsədi şagirdlərin riyaziyyat və oxuyub-anlama sahəsində biliklərinin artırılması, onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir. Liseyimizin VIII B sinif şagirdi Muxtarov Fərid bu portalın təşkil etdiyi "Bilik yarışında" Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmiş və Respublika üzrə I yeri tutmuşdur. Təhsil Nazirliiyinin nümayəndəsi Tofiq Sadiqovun iştirakı ilə şagirdimiz tərifnamə, medal və planşetlə mükafatlandırılmışdır.
 
 
 
 

 " 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü "

1 iyun 2017-ci ildə Zaqatala şəhəri Ailə, uşaq və qadın problemləri mərkəzinin təşkil etdiyi 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi " günü münasibətilə təşkil etdiyi tədbirdə liseyimizin şagirdləri fəal iştirak etdilər. Tədbirdə şagirdlərimiz hazırladıqları mahnılar, şeir kompozisiyaları ilə çıxış etdilər. Eyni zamanda şagirdlərimizin musiqi alətlərində ifa etdikləri musiqi nümnələri də tədbirə öz gözəlliyini qatdı. Tədbirin sonunda şagirdlər birlikdə havaya şarlar uçurdular. 
 
 
 
 

 " Bir kərə yüksələn bayraq, bir daha enməz "

 27 may 2017-ci ildə liseyimizdə 28 may "Respublika günü " ilə bağlı "Bir kərə yüksələn bayraq, bir daha enməz" adlı geniş tədbir keçirildi. Tədbirdə Zaqatala RİHB-nın müavini Vəfa Süleymanova, lieyin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdi. Tədbir  Azərbaycan Respublikasının Dövlət Bayrağının Ü. Hacıbəylinin "Koroğlu" operasının sədaları altında zala gətirilməsi ilə başlandı. Cumhuriyyətimizin yaranması ilə bağlı filmə tamaşa edildi. Şagirdlərin ifasında rəqslər, şeir kompozisiyaları, mahnılar tədbirə öz gözəlliyini qatdı. Sonda qonaqlar öz ürək sözlərini söylədilər.
 
 
 
 

 " Bilik yarışı "

 25 may 2017-ci ildə liseyimizdə 28 may "Respublika Günü" ilə bağlı VIII siniflər arasında "Bilik yarışı" təşkil olundu. Yarışda VIII siniflərdən ibarət 4 qrup yarışırdı. Yarışma iki mərhələli keçirildi. Hər iki turda şagirdlərə 40 sual verildi. Final mərhələsində VIII A sinfinin şagirdlərindən ibarət "Qələbə" komandası qalib oldu. Qalib komanda tərifnamə və hədiyyə ilə mükafatlandırıldı.
 
 
 
 

 " Vergi uşaqların gözü ilə "

 Azərbaycan Respublikası Vergilər Nazirliyi 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi günü" ilə bağlı  "Vergi uşaqların gözü ilə " adlı rəsm və inşa müsabiqəsini elan etdi.  Bu müsabiqədə liseyimizin şagirdləri də iştirak edirdilər. 15 may 2017-ci ildə  bu müsabiqənin Zona qaliblərinin mükafatlandırılması mərasimi Zaqatala şəhər 13 saylı Vergilər İdarəsində keçirildi. Liseyimizin VI B sinif şagirdi Acalova Zeynəb bu müsabiqədə zona üzrə I yer, III A sinif şagirdi Kərimov Qabil zona üzrə III yer, IV A sinif şagirdi Balayeva Nargilə isə həvəsləndirici yer tutmuş, diplom və hədiyyələrlə mükafatlanmışlar. Eyni zamanda Acalova Zeynəb Şamaxıda keçiriləcək respublika mərhələsinə də vəsiqə qazanmış və bu mərhələdə də qalib olaraq Respublika üzrə birincilik əldə etmişdir.
 
 
 
 

 " Dahi 94"

 10 may 2017-ci ildə liseyimizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Dahi" adlı tədbir keçirildi. Tədbirdə Zaqatala RTŞ-nin metodisti Səadət xanım, liseyin müəllim və şagirdləri, valideynlər iştirak edirdilər. Tədbirdə şagirdlər ulu öndərə həsr olunmuş şeir kompozisiyaları, mahnılar səsləndirdilər. Eyni zamanda şagirdlərin ifasında rəqslər də tədbirə öz rəngarəngliyini qatdı. Tədbirdə ümumilli liderə həsr olunmuş "Unudulmaz siyasətçi" adlı film də nümayiş olundu. Sonda liseyin direktoru Kəmalə müəllimə və qonaqlar öz fikirlərini səsləndirdilər. 
 
 
 
 

 "Molla Pənah Vaqif 300"

  10 may 2017-ci ildə liseyimizdə dahi şair Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar IX "A" sinif şagirdləri ilə birlikdə şairin həyat və yaradıcılığı haqqında tədbir keçirildi. Tədbirdə liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Fəəraqnə müəllimə şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. Daha sonra şagirdlər M.P.Vaqifin yaradıcılığı xəlqilik, vətənpərvərlik, ictimai, məhəbbət mövzusunda yazdığı qoşmaları, qəzəlləri haqqında məlumat verdilər. Eyni zamanda şairin əsərindən də bir parça səsləndirdilər. 
 
 
 
 

 "Ürəklərdə yaşayan ömür  94"

  01 may 2017-ci ildə Zaqatala rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 94cü ildönümünə həsr olunmuş şeir və mahnı müsabiqəsi təşkil olundu. Müsabiqədə liseyimizin də şagirdləri iştirak edirdi. Zaqatala rayon Təhsil Şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Ulu öndərin 94cü ildönümü münasibətilə keçirilən "Ürəklərdə yaşayan ömür" adlı mahnı müsabiqəsinin rayon turunda liseyimizin 7 A sinif şagirdi Əliyeva Naira Namiq qızı 3cü yerə layiq görülmüş, medal və diplomla təltif olunmuşdur. 
 
 
 
 

 "Milyonların nurunda əbədiyaşar alim 94"

  27 aprel 2017-ci ildə liseyimizdə görkəmli oftalmoloq alim, qayğıkeş ana, vəfalı ömür- gün yoldaşı Zərifə xanım Əliyevanın 94 illik yubileyi qeyd edildi. Elmi praktik konfrans şəklində təşkil olunmuş tədbirdə Zaqatala RİHB-nın müavini Vəfa Süleymanova, rayonun təhsil, səhiyyə, sosial sahədən olan nümayəndələri, liseyin pedaqoji kollektivi və valideynlər iştirak edirdilər. Qonaqlar ilk öncə foyedə təşkil olunmuş sərgiyə baxdılar. Daha sonra xatirə kitabına öz ürək sözlərini qeyd etdilər. Çıxış edən çıxışçılar Zərifə xanımın keçdiyi şərəfli ömür yolundan danışdılar. Tədbirin bədii hissəsində isə Zaqatala rayon İncənət məktəbinin kollektivinin hazırladıqları konsert proqramı izlənildi.
 
 
 
 

 "Müstəqil Azərbaycanın qurucusu"

  25 aprel 2017-ci ildə liseyimizin 8 A sinif şagirdləri və tarix müəllimi Ramazanova Şəmsi müəllimə ilə birlikdə Heydər Əliyev mərkəzində ulu öndər Heydər ƏLiyevin həyat və yaradıcılığı ilə bağlı açıq dərs keçirdik. Şagirdlərlə birlikdə ilk öncə Mərkəzdə ekskursiya keçirdik. Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat aldıq. Daha sonra ulu öndərlə bağlı filmə tamaşa etdik. Şagirdlərin ifasında şeir kompozisiyaları dərsi maraqlı etdi. Daha sonra Şəmsi müəllimə dahi siyasətçi ilə bağlı məlumatlar verdi.
 
 
 
 

 "Mərd və namərd"

  14 aprel 2017-ci ildə liseyimizin kitabxanasında 5 A sinif şagirdləri ilə birlikdə Azərbaycan xalq nağılı "Mərd və namərd" in mütaliəsini keçirdik. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasından ibarət idi. 
Tədbirdə məktəbin V sinif şagirdləri, Azərbaycan dili və ədəbiyyat müəllimi Sona Nuriyeva və kitabxana müdiri Bilalova Könül iştirak edirdi.   Şagirdlər əvvəlcə nağılda keçən hekayəni canlandırdılar, sonra bu nağıl  öz fikirlərini bildirdilər. Bu nağılda baş verən hadisələri müasir həyatla əlaqələndirdilər.
 
 
 
 

 "Şəhidlər unudulmur"

  11 aprel 2017-ci ildə liseyimizin bir qrup müəllim kollektivi və IX sinif şagirdləri ilə birlikdə aprel döyüşlərində şəhid olmuş Zaqatala şəhəri sakini Bayramov Sərxan Oqtay oğlunun məzarını ziyarət etdik. 
 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. 
 
 
 
 

 "Torpaq əgər uğrunda ölən varsa, Vətəndir"

  03 aprel 2017-ci ildə liseyimizin bir qrup müəllim kollektivi və IX sinif şagirdləri ilə birlikdə aprel döyüşlərində şəhid olmuş Zaqatala rayonu Muxax kənd sakini Rəvan İsmayıl oğlu Nurayevin məzarını ziyarət etdik. Daha sonra şəhidin ailəsini də baş çəkib, şəhidin ruhuna dua oxuduq. 
 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. 
 
 
 
 

 "Şəhidlər ölməz, Vətən bölünməz"

  31 Mart 2017-ci ildə liseyimizin 3 A sinif şagirdləri  sinif rəhbəri Loğmanova Sevinc müəllimə ilə birgə 31 mart Azərbaycanlıların soyqırım günü ilə bağlı "Şəhidlər ölməz, Vətən bölünməz" adlı açıq dərs keçirdi. Şagirdlər bu günlə bağlı öz fikirlərini söylədilər. Şagirdlərin ifasında şeir kompozisiyaları maraqla dinlənildi. Sonda şagirdlər "Şəhidər ölməz, Vətən bölünməz " şüarı səsləndirərək, hazırladıqları çərpələngləri və şarları havaya uçurdular. 
   Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz!!!
 
 
 
 
Axtar
Besucherzahler
счетчик посещений
Рейтинг@Mail.ru
Back to content | Back to main menu