- Zərifə Əliyeva adına Lisey

Go to content

Main menu:

 
 
 
 
 
 
 

"Xalqa bağışlanan ömür"   

    

  10 may 2018-ci ildə liseyimizin ibtidai sinif müəllimi Sevinc Loğmanova və 4 "A" sinif şagirdlərinin təşəbbüsü ilə ulu öndərimiz Heydər Əliyevin 95-ci ildönümü münasibətilə Zaqatala Heydər Əliyev Mərkəzində "Xalqa bağışlanan ömür" adlı geniş tədbir keçirildi. Tədbirdə Zaqatala rayon Gənclər İdarəsi müdiri Araz müəllim, Heydər Əliyev Mərkəzinin direktoru Famil müəllim, liseyin müəllim kollektivi və valideynlər iştirak edirdi. Tədbirdə şagirdlərin ifasında şeirlər, mahnılar, rəqslər maraqla qarşılandı. Sonda qonaqlar öz ürək sözlərini söylədilər. Xatirə şəkilləri çəkildi.
 
 
 
 
 

 "İstedadlı şagirdlər"   

     

  07 may 2018-ci ildə liseyimizdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı "İstedadlı şagirdlər" adlı müsabiqə keçirildi. Müsabiqədə iştirak edən şagirdlər şeir, mahnı , rəqs naminasiyaları üzrə özlərini sınadılar. Yarışda liseyin müxtəlif siniflərində təhsil alan şagirdlər iştirak edirdi. Tədbirdə qalib olan şagirdlər 1, 2 və 3cü yer üzrə mükafatlandırıldılar. 
 
 
 
 
 

"Reproduktiv sağlamlıq"la bağlı maarifləndirici tədbir 

               

  04 may 2018-ci ildə liseyimizdə "Reproduktiv sağlamlıq"la bağlı maarifləndirici tədbir keçirildi. Tədbirdə diretor müavinləri, liseyin psixoloqu, tibb bacısı və VI, VII, VIII, IX siniflərin qızları iştirak edirdi. Psixoloq Pərvanə müəllimə və biologiya müəllimi İbrahimova Gülnar müəllimə reproduktiv sağlamlıqla bağlı məlumat verdi. Eyni zamanda liseyin Qızlar şurasının sədrləri də seçildi. Qızlar şurasının üzvlərinin vəzifələri, onların iş planları lə bağlı məlumat verildi.
 
 
 
 
 

 "Kimya fənni- Bilik yarışı"  

                

  02 may 2018-ci ildə liseyimizdə "Keyfiyyət ili" ilə bağlı kimya fənnindən VIII siniflər arasında Bilik yarışı keçirildi. Yarışma 2 mərhələli formada təşkil olunmuşdu. Şagirdlərə keçilən proqrama əsasən və məntiq ilə bağlı suallar verildi. Eyni zamanda video formasında tapşırıqlar da təşkil olunmuşdu. Yarışı liseyin VIII "B" sinif şagirdlərindən ibarət Praton komandası qazandı. Sonda qalib olan şagirdlərə tərifnamə və hədiyyələr verildi. 
 
 
 
 

 "Şəfqət və məhəbbət dolu zərif qadın" 

                 

   Aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü tamam olur. Bu yubiley tədbiri hər il liseyimizdə böyük təntənə ilə qeyd olunur. Bu günki tədbirimizdə Zaqatala RİHB-sı hörmətli Mübariz müəllim, rayonun dəyərli simaları, valideynlər, liseyin müəllim kollektivi iştirak edirdi. Tədbirdə çıxış edənlər görkəmli oftalmoloq haqqında dəyərli fikirlər söylədilər. Tədbirdə alimin həyatından bəhs edən "Müqəddəslik zirvəsi" adlı filmə baxıldı. Eyni zamanda Cənab Prezidentimiz İlham Əliyevin rayonumuza etdiyi səfərləri əks etdirən klip də nümayiş olundu. Şagirdlərin şeir kompozisiyaları, rəqsləri , mahnıları təbirə öz rəngarəngliyini qatdı.
 
 
 
 

 "Unudulmaz faciə"  

                

   Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmazdır. 31 mart ikinci günlərdən idi. Martın 31-i  Azərbaycanın tarixində unudulmaz bir gündür. 31 Mart Azərbacanlıların Soyqırım günü ilə bağlı 30 mart 2018-ci ildə "Ana fəryadı" adlı abidənin qarşısında "Unudulmaz faciə" adlı tədbir keçirildi. Tədbirdə liseyin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirdə ik öncə bu faciə zamanı vəfat etmiş soyaşlarımızın ruhları 1 dəqiqəlik süküutla yad edildi. Daha sonra isə liseyin direktoru Kəmalə müəllimə və tarix müəllimi Şəmsi müəllimə bu faciə haqqında danışdılar. Sonda abidə qarşısına qərənfillər qoyuldu
 
 
 
 

 "Novruz, Novruz- Bahara"    

              

  19 mart 2018-ci ildə liseyimizdə qədim və milli bayramlarımızdan olan "Novruz" bayramını qeyd etdik. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Novruz bayramında kin-küdürət unudulmalıdır. Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.
    Bu əziz bayram ərəfəsində liseyimizin bütün kollektivi adından  hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edirik və uğurlar diləyirik.
 
 
 
 

 "Qadınlar gününüz mübarək"  

                

   8 Mart "Beynəlxalq Qadınlar Günü"dür. Bu münasibətlə, başda liseyimizin direktoru Kəmalə müəllimə olmaqla bütün müəllimlərimizi, analarımızı, qadın texniki işçilərimizi liseyin şagirdləri adından təbrik edirik. Sizlərə can sağlığı, uzun ömür, xoşbəxt həyat arzulayırıq. Qadınlarımız bizim baş tacımızdır. Sizləri çox sevirik. Bayramınız mübarək!
 
 
 
 

 "Bu qan qalmayacaq yerdə, Xocalı"  

                

   26 fevral 2018-ci ildə  Zaqatalada yerləşən "Ana fəryadı" abidəsinin qarşısında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Bu qan qalmayacaq yerdə, Xocalı" adlı tədbir keçiirildi. Tədbirdə liseyin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə açan liseyimizin direktoru Kəmalə müəllimə bu faciənin baş verməsindən, insanlara qarşı tördəilən soyqırım aktından danışdı. Daha sonra liseyin tarix müəllimi Vüqar müəllim daha geniş məruzə ilə çxış etdi. Şagirdlərin ifasında şeir kompozisiyaları dinlənildi. Sonda abidənin qarşını qərənfillər qoyuldu. Allah rəhmət eləsin!
 
 
 
 

 "Ana dilim - sərvətim"     

             

   21 fevral 2018-ci ildə   liseyimizdə "Beynəlxalq Ana dili günü" ilə bağlı "Ana dilim - sərvətim" adlı tədbir keçirildi. Tədbirdə liseyin VI- VIII sinif şagirdləri, liseyin müəllim kollektivi və valideynlər iştirak edirdi. Şagirdlər maraqlı şeir kompozisiyalrı, mahnılar səsləndirdi, əsərlərdən kiçik səhnələr göstərdilər. Unutmayaq ki, Ana dilimiz sərvətimizdir. Ana dilimizi qorumaq və zənginləşdirmək lazımdır.
 
 
 
 

 "Şagirdlərimizin mükafatlandırılması"  

                

   12 fevral 2018-ci ildə "Təhsildə keyfiyyət ili" ilə bağlı keçirilən bilik arışında qalib olan şagirdlərin mükafatlandırılması tədbiri keçirildi. 4A sinif şagirdləri arasında keçirilən yarışda Cəsurlar komandası qalib gəldi və mükafatlandırıldı. Liseyin direktoru Kəmalə müəllimə şagirdləri Fəxri fərmanla təltif etdi.
 
 
 
 

 "Heç kim və heç nə unudulmur"     

             

   20 Yanvar faciəsindən 28 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 
  19 yanvar 2018-ci ildə liseyimizdə 20 Yanvar faciəsinin 28ci ildönümü ilə bağlı "Heç kim və heç nə unudulmur" adlı tədbir keçirilib. Tədbirdə liseyin müəllim və şagird kollektivi iştirak edirdi. Tarix müəllimi Şəmsi müəllimə 20 Yanvar hadisələri haqqında məlumat verdi. Şagirdlərin ifasında mahnı və şeir kompozisiyaları dinləndi. Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş filmə baxıldı.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!
 
 
 
 

 "Qanlı Yanvar" Unutmadıq.......


  Qanlı 20 yanvar hadisələrindən artıq 28 il ötür. 20 yanvar xalqımızın həm hüzn, həm də şərəf günüdür. Xalqımızın öz azadlığı uğrunda mübarizəyə başladığı tarixdir 20 Yanvar. Hər il 20 Yanvar günü ilə bağlı liseyimizdə silsilə tədbirlər təşkil olunur.
 17 yanvar 2018-ci ildə liseyimizin 7 A sinif şagirdləri və tarix müəllimi Könül Əliyeva Zaqatala rayonunda olan "Şəhidlər Xiyabanı"nı ziyarət etdilər. Könül müəllimə şagirdlərə bu gün haqqında ətraflı məlumat verdi. Şagirdlərin ifasında şeir kompozisiyaları səsləndi. Sonda Xiyabana qərənfillər qoyuldu.
 
 
 
 

 "Zeynəbin uğuru"


  Bu ilki tədris ili Respublikada "Təhsildə keyfiyyət ili" kimi adlandırılıb. Bu baxımdan  liseyimizdə  rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə bir çox yarışmalar, inşa və rəsm müsabiqələri təşkil edilir. Belə müsabiqələrdən biri də "Bizim hüquq və vəzifələrimiz" mövzusunda keçirilən inşa müsabiqəsi oldu. Bu müsabiqədə liseyimizin VII sinif şagirdi Acalova Zeynəb müsabiqənin rayon mərhələsində II yerə tutmuş Tərifnamə və medalla təltif olunmuşdur. Şagiridimizi təbrik edir və daha böyük uğurlar qazanmasını   arzulayırıq. 
 
 
 
 

 "Bilik yarışı" (Azərbaycan dili)


  22 dekabr 2017-ci ildə liseyimizdə "Təhsildə keyfiyyət ili" ilə bağlı növbəti "Bilik yarışı" keçirildi. Yarışma liseyimizin 5 "A" və 5 "B" sinif şagirdləri arasında təşkil olundu. Bilik yarışında şagirdlərin Azərbaycan dili fənnindən olan bilikləri yoxlanıldı. Münsiflər heyətində liseyimizin dərs hissə müdiri Vüsalə müəllimə və Azərbaycan dili fənn müəllimləri Elnarə  və Gülər müəllimə idi. Yarışmanın qalibi 5 "A" sinif şagirdlərindən ibarət komanda oldu. 
 
 
 
 

 "Bilik yarışı" (Cəsurlar və Çiçəklər)


  Bildiyimiz kimi 2017-2018-ci tədris ili Respublikamızda "Təhsildə keyfiyyət ili" kimi adlandırılıb. Bu məqsədlə liseyimizdə tez-tez siniflər arası "Bilik yarışı" keçirilir. 20 dekabr 2017-ci ildə liseyimizin IV "A" sinfinin şagirdləri arasında intellektual bilik yarışı keçirildi. Sinfin şagirdləri oğlan və qızlardan ibarət , "Cəsurlar" və "Çiçəklər" adlı komandalara bölündü. Yarışmaya liseyimizin müəllimlərindən ibarət münsiflər heyəti rəhbərlik edirdi. Şagirdlərə müxtəlif suallar verildi və yarışın qalibi "Cəsurlar" komandası  oldu. 
 
 
 
 

 "Mənalı ömür"


  11 dekabr 2017-ci ildə liseyimizdə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə "Mənalı ömür" adlı tədbir keçirildi. Tədbirdə liseyimizin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə liseyimizin direktoru Kəmalə Əhmədova açdı. Daha sonra liseyimizin şagirdlərinin ifasında şeir kompozisiyaları və ulu öndərə həsr olunmuş "Dahi" mahnısı səsləndi. Liseyin hazırlıq sinfinin şagirdlərinin maraqlı çıxışları tədbirə xüsusi gözəllik qatdı. Sonda Heydər Əliyevə həsr olunmuş filmə baxıldı.
 
 
 
 

 Şagirdlərimizin mükafatlandırılması


  08 dekabr 2017-ci ildə liseyimizin bir qrup şagirdləri Zaqatala rayonunda fəaliyyət göstərən "Kainat" tədris mərkəzində keçirilmiş "Bilik yarışı"nda müxtəlif yerlər tutmuşlar. Bu münasibətlə də mərkəzin müxtəlif  "Tərifnamə və Təşəkkürnamə"lərinə layiq görülmüşlər. Belə tədris mərkəzlərində keçirilən yarışlarda hər ay şagirdlərimiz fəal iştirak edirlər. Qalib olan şagirdlərimizi və onların müəllimlərini təbrik edirik.
 
 
 
 
 

 Heydər Əliyev Mərkəzində tədbir


  06 dekabr 2017-ci ildə liseyimizin V "B" sinfi ilə Zaqatala rayonunda yerləşən Heydər Əliyev Mərkəzini ziyarət etdik. UBR Elmira müəllimə, liseyin tarix müəllimi Şəmsi müəllimə ilə birlikdə ümumilli lideri anım günü ilə bağlı hazırlanmış tədbirlər planına əsasən Mərkəzdə tədbir keçirdik. Tədbirdə əvvəlcə şagirdlərə mərkəz haqqında məlumat verildi. Daha sonra Şəmsi müəllimə ulu öndər haqqında danışdı. Şagirdlər də ulu öndərə həsr olunmuş şeir kompozisiyaları söylədilər. Sonda isə ulu öndər Heydər Əliyevə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı sənədli filmə baxıldı.
 
 
 
 
 

  "Bilik yarışı"

(Tarix fənni)

  30 noyabr 2017-ci ildə liseyimizdə ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı tarix fənnindən V siniflər arasında bilik yarışı təşkil olundu. Münsiflər heyəti liseyin təşkilatçısı Elvira müəllimə, psixoloq Pərvanə müəllimə və tarix müəllimi Şəmsi müəllimə idi. Hər iki sinifdən 11 nəfərdən ibarət iştirakçı seçildi. İki mərhələli yarışda şagirdlərə suallar verildi. Yazılı şəkildə 1 dəqiqəlik vaxt ərzində iştirakçılar sualları cavablandırdılar. Sonda V "A" sinif şagirdlərindən ibarət komanda qalib gəldi.
 
 
 
 
 

  "Zaqatala Fındıq Festivalı"

  Azərbaycanda fındıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür. Fındıqçılığın daha geniş təbliğ edilməsi məqsədilə rayonumuzda noyabrın 18-də  "I Fındıq Festivalı" keçirilib. Festivalda fındıq növləri və fındıqdan hazırlanmış müxtəlif məhsullar sərgilənib. Liseyimiz də bu festivalda fəal iştirak edib. Festivalda Zaqatala RİHB-sı Mübariz Əhmədzadə, respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçılarıvə ixracatçıları, eləcə də rayon sakinləri iştirak ediblər. Festival sonunda isə konsert proqramı təşkil olunmuşdur. 
 
 
 
 
 

  "Dalğalanan üçrəngli bayrağım"

  07 noyabr 2017-ci ildə lideyimizdə 9 noyabr "Dövlət bayrağı" günü münasibətilə "Dalğalanan üçrəngli bayrağım" adlı tədbir və şeir müsabiqəsi keçirildi. Tədbiri liseyin psixoloqu Pərvanə müəllimə açdı. Münsiflər heyətinin tərkibinə liseyin dil-ədəbiyyat müəllimi, dərs hissə müdiri və təşkilatçı, UBR, psixoloq və liseyin kitabxana müdiri daxil edilmişdir. Müsabiqdə şagirdlərimiz Azərbaycanla bağlı, vətənpərvərlik və bayrağımız mövzusunda   müxtəlif şeirlər söylədilər. tədbirin sonunda ən yaxşı iştirak edən şagirdlər tərifnamə ilə mükafatlandırıldı.
 
 
 
 
 

 " Orta məktəblərin şagirdləri üçün

milli-mənəvi dəyərlərə dair "təlimlər

  18 oktyabrda liseyimizdə çox maraqlı mövzuda təlimlərə strat verildi. Təlimlər "İrfan" jurnalının  redaktoru və Bakı İslam Universitetinin müəllimi Nurlan Məmmədzadə və Zaqatala rayon Təhsil Şöbəsi ilə birlikdə təşkil olunmuşdu. Yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi təlimlərdə şagirdlərdə milli-mənəvi dəyərlərimiz, onların inkişaf etdirilməsi, qorunması kimi məsələlər öz əksini tapmışdı. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi
dəyərlər onun ən qiymətli sərvətidir və çalışmalıyıq ki, bu dəyərlərimizi qoruyaq və sahib çıxaq. Təlimlər 3 gün boyunca davam edəcək.
 
 
 
 

 "Heydər Əliyev və azərbaycançılıq ideologiyası"

 15 sentaybr 2017-ci ildə liseyimizdə "Bilik fondu"nun xətti ilə tədbir keçirildi. Tədbirdə liseyimizin direktoru və "Bilik fondu"nun Zaqatala rayon nümayəndəsi Kəmalə Əhmədova,  liseyin tarix müəllimi Vüqar müəllim və liseyin IX sinif şagirdləri iştirak edirdilər. Kəmalə müəllimə Ulu öndər Heydər Əliyev və onun azərbaycançılıq ideologiyasından danışdı. Vüqar müəllim də Heydər Əliyev siyasətinin Azərbaycana gətirdiyi yeniliklərdən və bu siyasətin layiqli davamçısı olan Cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti haqqında şagirdlərə bir daha məlumat verdi.

 
 
 
 

 " 15 Sentyabr Bilik günü "

 15 sentyabr - bu gün respublikamızın bütün ümumtəhsil məktəblərində "Bilik günü" kimi qeyd edilir. Liseyimiz də bu günü böyük təntənə ilə qeyd etdi. Tədbirimizdə Zaqatala rayon Prokuroru Əli Abdullayev, rayon Təhsil şöbəsinin nümayəndəsi Aydın müəllim, müəllimlər, şagirdlər, valideynlər iştirak edirdilər. Tədbirdə ən çox sevinc və həyəcan keçirən sözsüz ki, bu il liseyə təzə qədəm qoyan birincilər oldu. Onların təbrik sözləri, şeirləri tədbirə öz gözəlliyini qatdı. Bilik günü münasibətilə bir daha bütün məktəbliləri və müəllimləri təbrik edirik. 
 
 
 
 
 
 
 
Axtar
Besucherzahler
счетчик посещений
Рейтинг@Mail.ru
Back to content | Back to main menu