- Zərifə Əliyeva adına Lisey

Go to content

Main menu:

HAQQIMIZDA
 

Zaqatala rayonu Akademik Z. Əliyeva adına Texniki fənlər təmayüllü
liseyin kitabxanasına xoş gəlmisiniz

 
 

      XXI - əsrdə informasiyanın istehsalı, toplanması, qorunub saxlanılması və yayılması cəmiyyətin əsas istehsal sahələrindən birinə çevrilmişdir. Cəmiyyətin informasiyalaşdırılması prosesini yüksək səviyyədə təşkil edilməsi işi ilk olaraq kitabxanalardan başlanır. Çünki kitabxanalar əsrlər boyu insan dühasının yaratdığı ideya və nəzəriyələrin, mənəvi sərvətlərin sənəd formasında qorunduğu ən böyük informasiya mənbəyidir. Bu kitabxanalardan biridə bizim Akademik Z. Əliyeva adına Texniki fənlər təmayüllü lisey kitabxanasıdır. 8 ildir ki, liseyimizdə kitabxana fəaliyyət göstərir. Lisey kitabxanası həm yaraşıqlı, həmdə çox zəngindir. Burada demək olarki, hər növ kitablar toplaşmışdır: "Siyasi tarixi, bədii, hekayələr, nağıllar, atalar sözləri, tapmacalar, dərsliklər və s."

 
 

      Lisey kitabxanasına daxil olan kitablar ştamplanır və invertar kitabına salınır. Kitabxanaya maraq olduqca böyükdür. Şagirdlərimiz hər gün kitabxanaya gəlir, maraqlı kitablardan məlumat toplayır, araşdırmalar edir, qeydlər aparırlar. Liseyimizin şagirdləri dərsliklə tam şəkildə təmin olunmuşlar. Kitabxanaya liseyimizin müəllimləri tez-tez baş çəkir, qəzet və jurnalları nəzərdən keçirir, "Kurikulum" jurnalının hər bir sayından istifadə edirlər. Müəllimlərimiz vəsaitlə tam şəkildə təmin olunmuşlar. Liseyimizdə şagirdlərə verilən dərsliklər hər ay kitabxana müdiri və sinif rəhbəri tərəfindən yoxlanılır, onların səliqəli şəkildə qorunub saxlanılması haqqında şagirdlərlə görüş keçirilir və tələb olunur. Bununla belə biz çalışacağık ki, liseyimiz daha böyük uğurlara nail olsun və öz birinciliyini həmişə qoruyub saxlasın.

 
 
 
 
Axtar
Besucherzahler
счетчик посещений
Рейтинг@Mail.ru
Back to content | Back to main menu